Modern.az

Deputat vaxtı ötmüş şəxsiyyət vəsiqələrinin seçkiyə mane olduğunu deyib

Deputat vaxtı ötmüş şəxsiyyət vəsiqələrinin seçkiyə mane olduğunu deyib

30 Sentyabr 2010, 17:06

Modern.az xəbər verir ki, sentyabrın 30-da Milli Məclisin deputatı Elmira Axundova parlamentin axşam iclasında vətəndaşların vaxtı keçmiş şəxsiyyət vəsiqələri ilə bağlı məsələni qaldırıb. Millət vəkili bildirib ki, kənd yerlərində bu problem daha ciddidir və seçki prosesinin gedişində problemlər yaradır.

E.Axundovanin sözlərinə görə, vaxtı keçmiş şəxsiyyət vəsiqələrinin dəyişdirlməsi istiqqamətində iş aparmaq lazımdır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bununla bağlı qeyd edib ki, vətəndaşların şəxsiyyət vəsiqəsi vaxtı keçdiyi təqdirdə qanuna müvafiq olaraq dəyişməlidir. Komitə sədri bildirib ki, amma vətəndaş ilk növbədə özü bunun marağında olmalıdır.
“Vətəndaş bilməlidir ki, vaxtı keçmiş şəxsiyyət vəsiqəsini gəzdirməklə ilk növbədə özü problem yaradır”-deyə Ə. Hüseynov vurğulayıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir