Modern.az

DSK jurnalistin deputatlığa namizədliyini qeydə almaqdan imtina edib

DSK jurnalistin deputatlığa namizədliyini qeydə almaqdan imtina edib

30 Sentyabr 2010, 17:32

Milli Məclisə namizədliyi AXCP-Müsavat seçkii blokundan irəli sürülmüş jurnalist Pərviz Həşimlinin deputatlığa namizədliyi qeydə alınmayıb. Bu barədə Modern.az-a P.Həşimli özü məlumat verib.

Jurnalistə bunun səbəbi izah edilməyib. DSK-dan bildiriblər ki, sabah qərar yazılı şəkildə ona təqdim ediləcək. Bununla bağlı narazılığını ifadə edən Həşimli bildirib ki, ona qarşı seçki qanunvericiliyin maddələri pozulub. Onun səlahiyyətli nümayəndəsinə 24 saat qalmış xəbərdarlıq edilməyib, özü DSK-nın iclasına çağırılmayıb.

Pərviz Həşimli 39 saylı Kəpəz (Gəncə) birinci seçki dairəsindən AXCP-Müsavat blokunun vahid namizədi kimi irəli sürülüb. YAP-ın namizədi isə Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyevdir. Bu dairədə həmçinin AMİP sədri Yusif Bağırzadə də namizəd kimi iştirak edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?