Modern.az

Qarabağdakı separatçı rejimin rəhbəri Ermənistanın müdafiə naziri olacaq

Qarabağdakı separatçı rejimin rəhbəri Ermənistanın müdafiə naziri olacaq

Dünya

4 İyun 2015, 17:48

Dağlıq Qarabağdakı separatçı erməni rejimin keçmiş başçısı Arkadi Qukasyan ailəsi ilə Yerevana köçüb. Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, onun gələcəkdə bu ölkənin müdafiə naziri təyin olunması ehtimal edilir.

“Qrapark” qəzetinin müxbiri məlumatı dəqiqləşdirmək üçün Qukasyanla əlaqə saxlayıb. O, sualı eşidən kimi əsəbiləşib və belə cavab verib: “Sizin informasiyanız dəqiq deyil”.

Digər məlumatagörə də Qukasyanın Ermənistanın müdafiə naziri təyin olunması baş tuta bilər. Ermənistanın bəzi KİV-lərində son zamanlar indiki müdafiə naziri Seyran Ohanyanın növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi iddia edilir. İndiki prezident Serj Sərkisyanın növbəti dəfə namizədliyini irəli sürməsi qanunla mümkün olmadığından Ohanyanın onu bu postda əvəz edəcəyi daha real görünür. Bu həm də ona görə real görünür ki, Qarabağın işğalında xüsusi rolu olan Robert Köçəryanı prezident kürsüsündə digər qarabağlı separatçı Serj Sərkisyan əvəz edib. Seyran Ohanyanın da Qarabağ ermənisi olduğunu nəzərə alsaq, Sərkisyandan sonra Ermənistan prezidenti kimi onu qabağa veriləcəyi şübhəsizdir.

Bu ssenarinin reallaşacağı təqdirdə Qarabağ separatçılarının keçmiş rəhbəri Arkadi Qukasyanın Seyran Ohanyanın yerinə müdafiə naziri təyin olunması o qədər də təəccüblü olmayacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?