Modern.az

Moskva Dövlət Universitetinin tələbəsi Türkiyə-Suriya sərhədində tutuldu

Moskva Dövlət Universitetinin tələbəsi Türkiyə-Suriya sərhədində tutuldu

Dünya

5 İyun 2015, 12:55


Türkiyənin Suriya ilə sərhədindəki Kilis şəhərində Moskva Dövlət Universitetinin itkin düşən tələbəsi Varvara Karaulova saxlanılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Karaulova iyunun 4-də axşam Suriya sərhədini qanunsuz keçərkən yaxalanıb. O, yaxın saatlarda Rusiyaya deportasiya olunması üçün Türkiyənin miqrasiya xidmətinə veriləcək.

Tələbənin atası Pavel Karaulov da qızının Türkiyə-Suriya sərhədində saxlanıldığını təsdiqləyərək hər şeyin qaydasında olduğunu bildirib.

Moskva Dövlət Universitetinin tarix fakültəsinin  tələbəsi olan Varvara Karaulovanın yaxınları əmindirlər ki, onu ekstremist qruplaşmalar ələ alıblar. Bir neçə gündür onun doğmaları gizli şəkildə Türkiyəyə getdiyinə görə genişmiqyaslı axtarışlara başlamışdılar. Sonradan məlum olub ki, Rusiyadan gedən kimi qız adını Aminaya dəyişərək mobil əlaqələrdə ərəb əlifbası ilə yazıb. Anasının sözlərinə görə, İslam dininə maraq göstərəndən sonra qızı tamamilə dəyişib, hətta sevimli itini belə, təmiz olmayan heyvan kimi qəbul edib.     

Nəhayət, 19 yaşlı qızın atası onun axtarışı üçün İstanbula gedib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
https://www.youtube.com/watch?v=gRYBtWVuwd8