Modern.az

Dövlət Komitəsi 5 rayonun memarlıq xidmətində nöqsanlar aşkarlayıb

Dövlət Komitəsi 5 rayonun memarlıq xidmətində nöqsanlar aşkarlayıb

30 Sentyabr 2010, 23:38

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2009-cu il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaydalar»ın tələblərinə uyğun olaraq 2010-cu ilin ötən 9 ayı ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən respublikanın 5 şəhər və rayonunda memarlıq xidmətlərinin şəhərsalma fəaliyyəti araşdırılıb.

Dövlət Komitəsindən Modern.az saytına verilən məlmata görə, araşdırma zamanı şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş nöqsanlar barədə aktlar tərtib olunub və yerli memarlıq xidmətlərinə müvafiq tapşırıqlar verilib.

Yol verilmiş nöqsanların aradan qaldırılması üçün Şəki Şəhər İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Yusif Abdurəhmanova 33 obyekt üzrə tapşırıqlar verilib və o inzibati xətaya yol verdiyi üçün 4500 AZN məbləğində cərimə olunub.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Elman Qocayevə 25 obyekt üzrə yol verilmiş nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Ələddin Musayevə 75 obyekt üzrə yol verilmiş nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib, inzibati xətaya yol verdiyi üçün isə şöbənin aparıcı məsləhətçi Səfa Səmədov 1500 AZN məbləğində cərimə olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Ramiz Rəhimova 20 obyekt üzrə yol verilmiş nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Cəmil Məmmədova 35 obyekt üzrə yol verilmiş nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Modern.az 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir