Modern.az

Səddam Hüseynin ən yaxın silahdaşı öldü

Səddam Hüseynin ən yaxın silahdaşı öldü

5 İyun 2015, 22:53


İraqın eks-prezidenti Səddam Hüseynin ən yaxın silahdaşı, keçmiş xarici işlər naziri Tarik Əziz 79 yaşında həbsxanada vəfat edib.

Bu barədə xarici informasiya agentlikləri məlumat yayıblar.

Tarik Əziz 1974-1977-ci illərdə informasiya naziri, 1983-1991-ci illərdə xarici işlər naziri, 1979-2003-cü illərdə baş nazirin müavini postlarını tutmuşdu. O, Səddam Hüseyn hökumətində yeganə xristian idi.

2010-cu ildə Tarik Əziz şiə müsəlmanlara divan tutulmasında iştirakına görə edam cəzasına məhkum olunmuşdu. Amma o vaxt prezident Cəlal Tələbani həmin hökmü imzalamamış, onu faktiki olaraq əfv etmişdi.

Bir il sonra İraq Ali Məhkəməsi şiələrə qarşı digər cinayətlərlə bağlı Tarik Əzizi ömürlük həbs cəzasına məhkum etmişdi. O, həbsxanada bir sıra ağır xəstəliklərdən əziyyət çəkirdi. 2010-cu ildə insult keçirmiş və dili tutulmuşdu. 2013-cü ildə Roma Papasına müraciət edərək, barəsində çıxarılmış edam cəzasının icrasını tezləşdirməyə yardım göstərməsini xahiş etmişdi.

 

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı