Modern.az

Türkiyədə HDP-nin mitinqi zamanı partlayış: 2 ölü, 100-dən çox yaralı var

Türkiyədə HDP-nin mitinqi zamanı partlayış: 2 ölü, 100-dən çox yaralı var

Dünya

6 İyun 2015, 00:12


İyunun 5-də Türkiyənin Diyarbəkir şəhərində terror təşkilatı PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyasının (HDP) keçirdiyi seçkiqabağı mitinqdə ard-arda iki partlayış baş verib.

Modern.az saytının "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İstasyon meydanında baş verən partlayış mitinqin yarımçıq saxlanılmasına səbəb olub, HDP başqanı Səlahəddin Dəmirtaş dərhal olay yerindən uzaqlaşdırılıb.

Məlumata görə, meydanın yaxınlığındakı transformatorda baş verən partlama nəticəsində 2 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Polis hadisənin gerçək səbəbini araşdırır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır