Modern.az

İlham Əliyev Bakıya gətirilən yeni taksiyə əyləşib (foto)

İlham Əliyev Bakıya gətirilən yeni taksiyə əyləşib (foto)

Ölkə

1 Oktyabr 2010, 11:21

Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə paytaxta Avropa standartlarına cavab verən müasir avtomobillər gətirilib. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni avtomobillərə baxış keçirib.
Yeni maşınların 12-si tanınmış “London Taksi” şirkəti tərəfindən istehsal olunub TX 4 modeli yalnız taksi məqsədləri üçün nəzərdə tutulan avtomobildir ki, bu da Avro-4 standartlarına tam cavab verir. (AzərTAc)
Şəhər daxilində yüksək manevr etmək imkanlarına malik avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılması sərnişinlər üçün rahat mühit yaradır. Avtomobilin arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Avtomobillərə sayğaclar quraşdırılıb. Sərnişinlərin rahatlığı üçün müasir texnologiyalar əsasında qurulmuş “Call Center” istifadəyə verilib. Gecə-gündüz işləyən dispetçer mərkəzi böyük sayda avtomobillərin səmərəli idarə edilməsi imkanına malikdir və maşınların yerinə, sürətinə, yanacaq sərfiyyatına, mühərrikin işlək olub-olmamasına on-line rejimində nəzarət edilir. Bunun sayəsində mərkəzdə hər bir sifarişin 40 saniyə ərzində qəbul edilib işlənməsi, hər 90 saniyədə sifariş yerinə yaxın olan avtomobilin avtomatik təyin edilməsi və hər 7-8 dəqiqədə avtomobilin sifariş yerinə çatması müəyyən edilir. Taksidən istifadə edən hər bir sərnişinin qəza zamanı 3 min manat sığortalı olması və maşınlarda “itmiş əşyaların tapılma” xidmətinin fəaliyyət göstərməsi də müasir xidmət növlərindəndir. Hər avtomobildə üç növbədə işləyən və “London Taksi” şirkətinin mütəxəssisləri tərəfindən sürücülük və davranış təlimləri keçmiş sürücülər taksi xidmətinin yüksək səviyyədə olmasını təmin edəcək.
Avtomobillərlə yaxından tanış olan dövlət başçısı “London Taksi” şirkəti tərəfindən istehsal olunmuş TX 4 modelli avtomobili idarə də edib.

Sonra prezident İlham Əliyev “Daewoo” avtomobil şirkətinin istehsalı olan “Daewoo Lacetti” və “Daewoo Nexia”, eləcə də “General Motors” şirkətinə məxsus “Chevrolet” avtomobillərinə də baxıb.
 

 
 
 
 
 
 
 

Modern..az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür