Almaniyanın qərbindəki Reynland-Pfalts federal torpağının Mendiq şəhərində iyunun 6-da keçirilən Rock am Ring festivalında ən azı 27 nəfər ildırım vurması nəticəsində yaralanıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yaralılara ilkin yardım festival keçirilən ərazidə göstərilib, onlar sonra yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Yaralılardan 6-nın vəziyyəti ağırdır.
Modern.az