Modern.az

Türkiyədə parlament seçkiləri keçirilir - 20 siyasi partiya yarışır - SİYAHI

Türkiyədə parlament seçkiləri keçirilir - 20 siyasi partiya yarışır - SİYAHI

7 İyun 2015, 02:01

 


Bu gün Türkiyədə Böyük Millət Məclisinə növbəti seçkilər keçirilir.
Modern.az saytı xəbər verir ki, Türkiyənin Mərkəzi Seçki Komisiyasının məlumatına görə, səsvermədə 53 milyon 741 min 838 seçicinin iştirakı gözlənilir. Səsvermə Türyiə vaxtı ilə saat 8.00-da başlayıb 17.00-da bitəcək.

Budəfəki parlament seçkilərində 20 siyasi partiya mübarizə aparırır. Amma əsas mübarizə 4 siyasi qurum arasında gedir: hakim Ədalət və İnkişaf Partiyası (AKP-sədr R.T.Ərdoğan), Cümhuriyyət Xalq Partiyası (CHP-sədr Kamal Kılıçdaroğlu), Milliyətçi Hərəkat Partiyası (MHP-sədr Dövlət Baxçalı), Xalqların Demokratik Partiyası (HDP-sədr Səlahəddin Dəmirtaş).

Seçkilərdə iştirak edən digər partiyalar aşağıdakılardır:

Anadolu Partiyası,
Müstəqil Türkiyə Partiyası,
Demokrat Partiyası,
Demokratik Sol Partiya ,
Xalqın Qurtuluş Partiyası,
Kommunist Partiyası,
Millət Partiyası,
Səadət Partiyası,
Vətən Partiyası,
Haqq və Özgürlüklər Partiyası,
Mərkəz Partiyası,
Liberal Demokrat Partiya,
Doğru Yol Partiyası,
Yurd Partiyası,
Toplumsal Uzlaşma, Reform və İnkişaf Partiyası,
Haqq və Ədalət Partiyası. 

Seçkilərə heç bur partitadan olmayan 165 müstəqil namizəd də qatılıb. Türkiyə qanunvericiliyinə görə, səsvermə yekununda ümumi səslərin 10%-lik həddini aşa bilən partiyalar Böyük Millət Məclisində təmsil olunmaq şansı qazanır.

Əgər budəfəki seçki də iqtidarın əsas rqəiblərindən biri HDP barajı (10%-lik hədd) keçib parlamentə düşə bilsə, onda iqtidarda olan AKP təkbaşına hökumət qura bilməyəcək və nəticədə Türkiyədə kolisiyalı hökumət formalaşdırılacaq.

İlkin nəticlər saat 21.00-dan sonra açıqlanacaq.

Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?