Modern.az

Türkiyənin ana müxalifətindən ilk açıqlama: “Demokratiya qazandı”

Türkiyənin ana müxalifətindən ilk açıqlama: “Demokratiya qazandı”

7 İyun 2015, 22:50


Cümhuriyyət Xalq Partiyasının (CHP) baş katibi Gürsel Tekin bu gün keçirilən seçkinin nəticələrinə dair ilk açıqlamasını verib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, CHP-nın üzvləri axşam saatlarından etibarən mərkəz qərargahına gəlməyə başlayıb. Partiya üzvləri mərkəz qarşısında qurulan nəhəng ekranda əks etdirilən nəticələri buradan təqib edir.

Nəticələri mətbuat nümayəndələrinin yerləşdiyi ikinci mərtəbədən təqib edən CHP baş katibi Gürsel Tekin isə ilk nəticələri belə qiymətləndirib: “Demokratiya qazandı. Bizim millət iradəsinə hörmətimiz var. Bu andakı tabloya baxanda, növbəti prosesdə təkbaşına hökumət görünmür. Bəlli ki, bir koalisiya hökuməti olacaq. Millətin qərarıdır, xeyirli, uğurlu olsun”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir