Modern.az

Dövlət orqanlarında işləmək istəyənlərdən sənəd qəbulu başa çatıb

Dövlət orqanlarında işləmək istəyənlərdən sənəd qəbulu başa çatıb

Ölkə

1 Oktyabr 2010, 14:05

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2010-cu il 1 sentyabr tarixdən 5 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu 2010-cu il 30 sentyabr tarixdə başa çatıb. Bu müddət ərzində Komissiyada 631 namizəd qeydə alınıb. Onlardan 143-ü (22.66%) qadın, 488-i (77.34%) isə kişidir.
Komissiyadan Modern.az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, 1-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.

Qeydə alınan namizədlərdən 411-i inzibati vəzifələrin altıncı, 191-i inzibati vəzifələrin yeddinci, 29-u isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələrə iddia edir.

Statistik göstəricilərə görə ən çox namizəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (19 yerə qarşı 351 namizəd) və Sənaye və Energetika Nazirliyi (10 yerə qarşı 192 namizəd) üzrə qeydə alınmışdır. Bu iki dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 85.05%-ni təşkil edir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir