Modern.az

Nemtsovun adına sayt açıldı

Nemtsovun adına sayt açıldı

8 İyun 2015, 12:15



Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlə yetirilməsinin 100-cü günündə ona həsr olunan nemtsov2015.ru saytı fəaliyyətə başlayıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda Dövlət Dumasının deputatı, layihənin təşkilatçılarından biri olan Dmitri Qudkov məlumat verib.

Saytın digər təşkilatçıları arasında siyasətçilər, jurnalistlər, ictimai xadimlər – İrina Xakamada, Leonid Parfyonov, Vladimir Rıjkov, İlya Yaşin, Dmitri Muratov, Dmitri Neçaev, Maksim Kats, Valeri Zubov, Timofey Dzyadko və Yevgeni Qontmaxer də var.

Boris Nemtsov fevral ayının 27-də gecə Kremlin yaxınlığında qətlə yetirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir