Modern.az

Avropa İttifaqından Türkiyədəki seçkilərə REAKSİYA

Avropa İttifaqından Türkiyədəki seçkilərə REAKSİYA

8 İyun 2015, 15:23


Avropa İttifaqı Türkiyədə keçirilən parlament seçkilərinə münasibət bildirib.

Modern.az saytının məlumatına görə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik  siyasəti ilə üzrə ali nümayəndəsi Federika Moqerini, qurumun qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hann birgə bəyanatlarında seçicilərin 86 faizinin seçkidə iştirak etməsini Türkiyə demokratiyasının gücü kimi xarakterizə ediblər.  

Bununla yanaşı diplomatlar bildirib ki, seçkidən sonra Türkiyə ilə Avropa İttifaqı arasında əlaqələrin gücləndirilməsi üçün fürsət yaranıb.

Avropa İttifaqı nümayəndələri deyib ki, əsas partiyaların parlamentdə təmsil olunması önəmlidir.

Bəyanatda həmçinin sürətli bir şəkildə yeni bir parlament və hökumət formalaşdırılması istiqamətində birgə əməkdaşlığın vacibliyi də vurğulanıb. 

Aqşin Kərimov

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi