Modern.az

Çingiz Abdullayevin 140 romanı xarici dillərə tərcümə olunub

Çingiz Abdullayevin 140 romanı xarici dillərə tərcümə olunub

Mədəni̇yyət

12 Oktyabr 2009, 22:00

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ölkəmizdə elan olunmuş Uşaq ili çərçivəsində silsilə tədbirləri davam etdirir. Obudsmanın resurs mərkəzi olan Azərbaycan Uşaqların və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik məktəbində xalq yazıçısı Çingiz Abdullayevlə görüş təşkil olunub. Görüşdə bu məktəbin üzvü, Bakı şəhəri rayonları məktəblərinin yuxarı siniflərində təhsil alan 120-dən çox şagird, o cümlədən valideynlər, müəllimlər, Ombudsman Aparatının əməkdaşları iştirak ediblər.
Modern.az xəbər verir ki, tərbirdə çıxış edən E.Süleymanova dünya şöhrətli yazıçını50 illik yubileyi münasibətilə təbrik edib. O, müasir Azərbaycan və dünya nəsrində Çingiz Abdullayev imzasının özünəməxsus çəkisi və yeri olduğunu, onun ölkəmizdə və xaricdə tanındığını və dəyərləndirildiyini qeyd edib. Ombudsman Azərbaycanın “Şöhrət” ordenli, ən cavan xalq yazıçısının müxtəlif dillərə tərcümə edilərək nəşr olunan kitablarının mahiyyəti etibarı ilə insan hüquqları ilə bağlı olduğunu, geniş oxucu kütləsini düşündürən əsərlərin Azərbaycan gəncliyinin vətənpərvərlik və ümumbəşəri mənəvi dəyərlər ruhunda tərbiyəsində də mühüm rol oynadığını vurğulayıb. 
Ç.Abdullayev öz həyatı, uşaqlıq və gənclik illəri, yaradıcılığının əsas istiqamətləri, qələmə aldığı 140 romanının Azərbaycan, rus, ingilis, italyan, alman, fransız və digər dillərdə, çoxsaylı tirajla nəşr olunması, ssenariləri əsasında çəkilmiş çoxseriyalı filmlər barədə məlumat verib. O, uşaqları yurd məhəbbəti, vətənpərvərlik ruhunda tərbiyə olunmağa, əsl vətəndaşlar kimi formalaşmağa, intellektual səviyyələrini daim yüksəltməyə, dünyagörüşünü genişləndirməyə çağırıb, gənc pərəstişkarlarının çoxsaylı suallarını cavablandırıb. 
Görüşün sonunda yazıçı Liderlik məktəbinin kitabxanasına öz əsərlərini bağışlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir