Modern.az

Seçkidə məzəli HADİSƏ - Boş meydanda mitinq etdi: 111 səs aldı

Seçkidə məzəli HADİSƏ - Boş meydanda mitinq etdi: 111 səs aldı

8 İyun 2015, 15:51


Balıkesirdən müstəqil namizəd olan və seçki təbliğatı zamanı keçirdiyi mitinqdə boş sahəyə danışan İsmayıl Yaşara 111 seçici səs verib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu səslərin 12-ni evinin yerləşdiyi məhəllədən toplayıb..

İlkin məlumata görə, Balıkesirdə 906 min 421 seçicidən 820 min 286-sı səsvermə hüququndan  istifadə edib. Bunların 803 min 902-si etibarlı sayılıb. Burada seçicilərin 39,12 faizi hakim Ədalət və İnkişaf Partiyasına, 33,67 faizi Cümhuriyyət Xalq Partiyasına və 20,02 faizi Milliyyətçi Hərəkat Partiyasına səsə verib, müstəqil namizədlərdən Ömər Albayrak 205, İsmayıl Yaşar isə 111 səs ala biliblər.

Yaşarın meydanda təşkil etdiyi mitinqi vəzifələrini yerinə yetirdikləri üçün orada olan 15 rəsmi və mülki polislə 2 jurnalist izləmişdi. Yaşarın boş meydana xitabı təxminən 25 dəqiqə davam etmişdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu