Modern.az

İsrailin keçmiş prezidenti: “Türkiyədə olanlardan məmnunam”

İsrailin keçmiş prezidenti: “Türkiyədə olanlardan məmnunam”

9 İyun 2015, 09:37



İsrailin keçmiş orezidenti Şimon Peres Türkiyədəki parlament seçkilərinin nəticələrindən məmnun olduğunu açıqlayıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə,  prezident Rəcəb Tayyib Ərdoğanın 2009-cu ildə Davosda “one minute” deyə çıxışını kəsdiyi İsrailin keçmiş prezidenti Şimon Peres 7 iyun seçkisinin nəticələrini qiymətləndirib.

Bir konfransda danışan Peres, seçki nəticəsinin İsrail üçün müsbət olduğunu söyləyib: “Türkiyədə olanlardan məmnunam. Ərdoğan Türkiyəni İran kimi görmək istəyirdi, amma Yaxın Şərqdə iki İrana yer yoxdur”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü