Modern.az

Deputatdan yeni açıqlama: “Məni YAP-la üz-üzə qoymağa çalışırlar”

Deputatdan yeni açıqlama: “Məni YAP-la üz-üzə qoymağa çalışırlar”

Parlament

1 Oktyabr 2010, 18:05

Milli Məclisin deputatı, namizədliyini yenidən 105 saylı Gədəbəy-Tovuz seçki dairəsindən irəli sürmüş və artıq qeydə alınmış  Nazim Məmmədov bəzi mətbu orqanları onun adından yalan məlumat yaymaqda günahlandırıb. Modern.az saytına açıqlamasnda o, qeyd edib ki, bu mətbu orqanlar adlarını müstəqil qoyub müxalifətçilik edənlərdir:

“Mənim demədiyim məsələlər də mənim adımdan dərc olunur. Belə də jurnalistika olar? Belə qüvvələr məni Yeni Azərbaycan Partiyası ilə üz-üzə qoymağa çalışırlar. Ancaq YAP cəmiyyətdə avanqard rolunu oynayır və 500 mindən artıq üzvünün olması elə bunun göstəricisidir. Hesab edirəm ki, bu böyüklükdə partiyada fikir müxtəlifliyinin olmasını da normal qarşılamaq lazımdır”.

O ki qaldı deputatın üzvü olduğu partiyanın qərarına qarşı getməsi məsələsinə, N.Məmmədov bildirib ki, onun namizədliyi rayonda yaradılmış Təşəbbüs Qrupu tərəfindən sentyabrn 15-də, YAP-ın siyahısı açıqlanmazdan öncə irəli sürülüb: “Ona görə də burada hər hansı qərara qarşı getməkdən söhbət gedə bilməz”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır