Modern.az

YAP Sumqayıtdakı dairədən də namizədini geri çağırdı

YAP Sumqayıtdakı dairədən də namizədini geri çağırdı

1 Oktyabr 2010, 18:23

Mirmahmud Mirəlioğluna yeni rəqib Musa Qasımlı oldu


Yeni Azərbaycan Partiyası 42 saylı Sumqayıt ikinci seçki dairəsindən irəli sürdüyü Rafiq Dəmirovun namizədliyini geri çəkib. Bu barədə MSK-nın "Seçkilər" İnformasiya Mərkəzindən Modern.az-a məlumat verilib. Hakim partiya namizədi oradan çəkilən kimi, tanınmış tarixçi-alim Musa Qasımlı 42 saylı dairəyə gəlib. O, artıq deputatlığa namizədliyini irəli sürərək sənədlərini DSK-ya təqdim edib.

Modern.az saytı həmin dairədən namizədliyini irəli sürmüş Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə təfərrüatları dəqiqləşdirmək üçün əlaqə saxlayıb. Mirəlioğlu bildirib ki, hakim partiyanın namizədinin geri çəkilməsi ilə bağlı DSK-dan ona da xəbər veriblər. “Biz də belə xəbər almışıq”.
 M.Mirəlioğlu onu da təsdiqləyib ki, doğrudan da tanınmış tarixçi-alim Musa Qasımlı 42 saylı dairəyə gəlib və sənədlərini DSK-ya verib.

Əlavə edək ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini müstəqil olaraq irəli sürən daha bir YAP-çı - Abdulla Abdullayev də partiyasının çağırışlarına qulaq asaraq geri çəkilib. O, imza vərəqələrini DSK-ya təhvil versə də, namizəd olmaqdan imtina edib.

Qeyd edək ki, YAP indiyədək bir neçə dairədə 31, 15, 34, 107 saylı seçki dairələrində namizədlərini geri çəkib, əvəzində o yerlərə yeni namizədlər göndərib.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı