Modern.az

MHP hakim partiya ilə koalisiyaya gedir

MHP hakim partiya ilə koalisiyaya gedir

9 İyun 2015, 21:57



Milliyyətçi Hərəkat Partiyasının (MHP) liderinin müavini Oktay Vural mümkün koalisiya hökumətlərində yer alıb-almayacaqları məsələsində bütün siyasi nəticələri dəyərləndirib qərar veriləcəyini deyib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, o, “hakim Ədalət və İnkişaf Partiyasından (AKP) gələcək bir koalisiya təklifinə necə baxacaqları” sualına cavabında belə deyib:

“MHP səslərini 30 faiz artırıb, AKP 20 faizə yaxın səs itirib. Vətəndaşlar president üsul-idarəsinə istiqamətlənməni rədd edib. Bunlar seçkinin mühüm nəticələrindən biridir. Cənab başqanımız koalisiya təkliflərini qiymətləndirəcək. Bu məsələdə necə bir irəliləyiş olacağı tamamilə bu dəyərləndirmələrdən sonra ortaya çıxacaq. Partiyamızın qiymətləndirməsini gözləmək doğru olar”.

Vural onu da qeyd edib ki, bütün siyasi nəticələri də dəyərləndirib qərar verəcəklər: “Digər siyasi partiyaların də fikir və düşüncələri dəqiq olmadığından, səbrlə gözləmək lazımdır”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi