Modern.az

Saakaşvili Ukraynada hərəkətə keçdi: “Bu dərəbəyliyə son qoymaq lazımdır”

Saakaşvili Ukraynada hərəkətə keçdi: “Bu dərəbəyliyə son qoymaq lazımdır”

10 İyun 2015, 00:35


Ukrayna rəhbərliyi Moldovanın tanınmamış Dnestryanı Respublikası ilə sərhədini möhkəmləndirəcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Odessa vilayəti administrasiyasının rəhbəri Mixail Saakaşvili məlumat verib: “Düşünürəm ki, Ukrayna yaxın zamanda bütün təmas xəttində qanuni haqqını bərpa edəcək. Bu çox vacibdir. Bu dərəbəyliyə son qoymaq lazımdır. Bu ərazilərdən qaçaqmal, narkotik, silah gətirilir, bu ərazilərdən qeyri-sabitlik gəlir, başqa heç nə gəlmir. Ona görə bu, sadəcə, daxili təhlükəsizlik və bizim iqtisadi maraqlarımız məsələsidir”.

O əlavə edib ki, bu işlərin görülməsi üçün əlavə vəsait ayrılacaq.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi