Modern.az

Dünyada ən gənc ananın 5 yaşı varmış

Dünyada ən gənc ananın 5 yaşı varmış

İqtisadiyyat

2 Oktyabr 2010, 12:48

Dünyada ən gənc ana Peru sakini Liina Medinadır. Xarici mətbuatın məlumatına görə, o, 5 yaş 7 ay 21 günlük olanda, 1938-ci ildə dünyaya 3 kiloqramlıq sağlam uşaq gətirib.
Liinanın 7 aylıq hamiləliyində valideynləri onun qarnının şişdiyini gorüblər. İlk müayinədən sonra ona başqa bir xəstəliyi olduğu deyilsə də, sonradan qızın hamiləliyi üzə çıxıb.
Qızın hamilə olduğunu ilk dəfə Herardo Losada adlı həkim müəyyənləşdirib.
Doğum ölkənin paytaxtında reallaşıb. 5 yaşlı ananın dünyaya gətirdiyi uşaq 10 yaşına kimi nənəsi və babasını ata-anası, anasını isə bacısı hesab edib. 1938-ci ildə doğulan uşaq 1979-cu ilə kimi yaşayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!