Modern.az

Milli Məclisin 6 deputatı Fransaya gedir

Milli Məclisin 6 deputatı Fransaya gedir

2 Oktyabr 2010, 14:29

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün oktyabrın 4-dən 8-dək Strasburqda səfərdə olacaq. Modern.az-ın məlumatına görə, xəbəri Milli Məclisin mətbuat xidmətindən veriblər.
Nümayəndə heyətinə deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev daxildir.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli təhlükəsizlik, ekstremizmlə mübarizə, valideyn qayğısından məhrum olmuş uşaqlar və təsisatlarda uşaqlarla qəddar davranış, insan haqları və biznes, Avropa Şurası İnkişaf Bankının strategiyası, Ukraynada demokratik təsisatların fəaliyyəti, Moldovada konstitusional referendumun nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Sessiyada Milli Məclisin deputatı Rafael Hüseynovun “Səs və işıq ifratları” adlı məruzəsi dinləniləcək, sənəd ətraflı müzakirə olunacaq.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir