Modern.az

Təhsil naziri məsuliyyətsiz direktorları və müəllimləri cəzalandırıb (siyahı)

Təhsil naziri məsuliyyətsiz direktorları və müəllimləri cəzalandırıb (siyahı)

2 Oktyabr 2010, 16:57

Təhsil naziri Misir Mərdanov ötən dərs ilində IX və XI siniflərin məzunları üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlarının nəticələrini əsas tutaraq bəzi direktorlar və müəllimlərin cəzalandırılması barədə əmr imzalayıb. Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a məlumat verilib.
Nazirin əmri ilə 2 məktəb direktoruna və orta məktəb müəlliminə şiddətli təhmət verilib, bəzi direktorlara sonuncu ciddi xəbərdarlıq edilib. Modern.az cəzalandırılan təhsil işçilərinin siyahısını təqdim edir.

Nazirin əmri ilə ötən dərs ilində keçirilən sınaq imtahanlarında şagirdləri daha aşağı nəticə göstərən ümumtəhsil məktəblərinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib. Bildirlib ki, vəziyyət həmin qaydada davam edəcəyi təqdirdə onların vəzifə məsuliyyətinə baxılacaq.
Çoxsaylı şagirdləri yoxlama imtahanlarında iştirak etməyən məktəblərdə bunun başvermə səbəblərini araşdırılacaq, nəticəsindən asılı olaraq, məktəb rəhbərləri haqqında müvafiq tədbirlər görüləcək.

Nazirin əmrilə ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanlarında öz vəzifələrinə məsuliyyətlə yanaşmış aşağıdakı nəzarətçi müəllimlərə təşəkkürnamə verilib:

1. İsmayılova İlhamə Ramazan qızı - Zaqatala rayonu Tala kənd 4 nömrəli orta məktəbin müəllimi.
2. Qurbanova Qəndaf İbadulla qızı - Zaqatala rayonu Qazangül kənd orta məktəbinin müəllimi.
3. Üzdənova Rübabə Pənah qızı - Qusar şəhər 4 nömrəli orta məktəbin müəllimi.
4. Mənsimov Murad Qəhrəman oğlu - İmişli rayonu Qızılkənd kənd orta məktəbinin müəllimi.
5. Rəsulova Əminə Aslan qızı - Neftçala şəhər 1 nömrəli orta məktəbin müəllimi .
6. Həsənova Könül Seyran qızı - Neftçala şəhər 2 nömrəli orta məktəbin müəllimi.
7. Əsgərova İlhamə Rabil qızı - Neftçala rayonu Həsənabad qəsəbə orta məktəbinin müəllimi.
8. Camalov Fərid Eynulla oğlu - Quba şəhər 2 nömrəli orta məktəbin müəllimi.
9. Nöhbabayev Murad Hikmət oğlu - Quba peşə liseyinin müəllimi.
10. Məmmədov Azad Elçin oğlu - Quba peşə liseyinin müəllimi.
11.Hacıyev Rüfət Malik oğlu - Quba rayonu Təngəaltı kənd orta məktəbinin müəllimi.

İmtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdıqları və ciddi nöqsanlara yol verdikləri üçün adları aşağıda qeyd olunan məktəb rəhbərlərinə isə mövcud qanunvericiliyə uyğun intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

1. Rüstəmova Xuraman Müzəffər qızı - Beyləqan şəhər 3 nömrəli orta məktəbin direktoru.
2. Əhmədov Əli Əhməd oğlu - Ağcabədi şəhər 4 nömrəli orta məktəbin direktoru.

İmtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdıqları və ciddi nöqsanlara yol verdikləri üçün adları aşağıda qeyd olunan imtahan nəzarətçilərinə intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:

1. Cəlalova Aytəkin Bayram qızı - Kəlbəcər rayonu 28 nömrəli orta məktəbin müəllimi.
2. Ərəbova Nərmin Vaqif qızı - Zaqatala rayonu Tala kənd 3 nömrəli orta məktəbin müəllimi.
3. Zeynalova Kifayət Qurban qızı - Zaqatala rayonu Tala kənd 3 nömrəli orta məktəbin müəllimi.
4. Həsənova Xatirə Lətif qızı - Zaqatala şəhər 3 nömrəli orta məktəbin müəllimi.
5. Əliyeva Zarema Fazil qızı - Qusar şəhər 4 nömrəli orta məktəbin müəllimi.
6. Əliyeva Dürrə Bəbir qızı - Ağcabədi şəhər 11 nömrəli orta məktəbin müəllimi.
7. Kərimova Gülşən Muxtar qızı - Ağcabədi şəhər 12 nömrəli orta məktəbin müəllimi.
8. Yusifova Mətanət Qədir qızı - Ağcabədi rayonu Kəbirli kənd orta məktəbinin müəllimi.
9. Əhmədova Reyhan Məhəmməd qızı - Ağcabədi rayonu Şərəfxanlı kənd orta məktəbinin müəllimi.
10. Abuzərov Mehman Canyar oğlu - Qobustan rayonu Sündü kənd orta məktəbinin müəllimi.
11. Əzizov Babagözəl Zərbalı oğlu - Qobustan rayonu Ərəbşalbaş kənd orta məktəbinin müəllimi.
12. Osmanov Hacıbaba Əlfağa oğlu - Qobustan rayonu Çalov kənd orta məktəbinin müəllimi.
13. Əmrahov Fikrət Əmirxan oğlu - Qobustan rayonu Poladlı kənd orta məktəbinin müəllimi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!