Modern.az

Cəlal Əliyev namizəd oldu, Gülhüseyn Əhmədov namizədlikdən geri çəkildi

Cəlal Əliyev namizəd oldu, Gülhüseyn Əhmədov namizədlikdən geri çəkildi

2 Oktyabr 2010, 18:29


İctimaiyyətin prosesləri maraqla izlədiyi 62 saylı Saatlı seçki dirəsindən yeni xəbər var. Akademik, Milli Məclisin deputatı Cəlal Əliyev özü barəsində proqnozları alt-üst edə-edə irəliləyir. Dairə Seçki Komissiyası artıq onun növbəti parlament seçkilərində iştirak etməsi üçün deputatlığa namizədliyini qeydı aldı. Modern.az MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə istinadən Cəlal Əliyevin əsas rəqibi hesab olunan digər YAP-çı deputat Gülhüseyn Əhmədov deputatlığa namizdəlikdən rəsmən imtina edib. G.Əhmədov imtina ərizəsini artıq DSK-ya təqdim edib.

Qeyd edək ki, 2005-ci ildə keçirilmiş parlament seçkilərində Gülhüseyn Əhmədov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən YAP-ın namizədi kimi millət vəkili mandatı qazanıb. Amma builki seçkilərdə o, Yeni Azərbaycan Partiyasının elan etdiyi namizədlər siyahısından kənarda qalıb. YAP öz siyahısına akademik Cəlal Əliyevin adını salıb. Akademik C.Əliyev 2005-ci ildə məhz 62 saylı dairədən namizəd kimi seçkilərə qatılıb və mandat alıb.

Gülhüseyn Əhmədovun hazırda təmsil etdiyi 65 saylı dairədən qarşıdakı seçkilərdə YAP-ın vahid namizədi qismində Tibb Unversitetinin rektoru Əhliman Əmiraslanov çıxış edəcək.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir