Modern.az

Müstəqil YAP-çılar geri çəkilmir...

Müstəqil YAP-çılar geri çəkilmir...

2 Oktyabr 2010, 19:39

Hakim partiyanın “geriyə” çağırışına cəmi beş namizəd əməl edib....

Yeni Azərbaycan Partiyası parlament seçkilərinə müstəqli şəkildə qatılmış YAP-çılara müraciət edərək namzədliklərini geri götürməyə çağırıb. Əks təqdirdə onlar partiya bileti ilə vidalaşmalı olacaqlar. Hakim partiyanın çağırışından sonra seçkilərə müstəqil namizəd olaraq qatılmış cəmi 5 partiya üzvü parlament seçkilərində iştirakdan könüllü imtina edib.
 
Digər YAP-çılar isə hələki imza yığmaqla məşğuldurlar.

Modern.az namizəd olmaqdan imtina etmiş müstəqil YAP-çı namizədlərin kimliyini araşdırıb.
Qeyd edək ki, ümumlikdə seçki marafonuna 40-a yaxın YAP-çı partiyadan icazəsiz, müstəqil namizəd kimi qoşulub.
Partiyanın çağırışından sonra namizədliklərini geri götürən 5 YAP-çı aşağıdakılardır.

16 saylı Yasamal ikinci seçki dairəsi üzrə - Hafiz Ağyev (Azərbaycan Dövlət Neft Şirkətində hüquqşünas).
42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə - Abdulla Abdullayev (işsiz).
5 saylı Abşeron seçki dairəsi üzrə - Əlyəddin Bayev (“Azərsu”yun Abşeron rayon su müfəttişi).
95 saylı Tərtər seçki dairəsi üzrə  -  Qafar Məmmədov (Əmlak Məsələləri üzrə Dövlət Komitəsi).

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası öz namizədliklərini partiya ilə razılaşdırmadan irəli sürən üzvlərinin cidd şəkildə cəzalandırılması barədə qərar qəbul edib. Qərar həmin şəxslərin partiyanın siyasi xəttinə zidd addım atdıqlarına görə partiya sıralarından kənarlaşdırılması, digər vəzifə postlarından məhrum edilməsi kimi məsələləri özündə cəmləşdirir.    

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az-a açıqlamasında  namizədliklərini müstəqil şəkildə irəli sürmüş namizədlərlə fərdi söhbət aparılacağını demişdi... Görünür müstəqil YAP-çılar söhbətdən nəticə çıxarmağa tələsmirlər...

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır