Modern.az

Türkiyə və Azərbaycan jurnalistlərinin toplantısına 3 prezidentin qatılacağı gözlənilir

Türkiyə və Azərbaycan jurnalistlərinin toplantısına 3 prezidentin qatılacağı gözlənilir

4 Oktyabr 2010, 11:08

Türkiyə Qəzetçilər Federasiyasının (TGF) Başkanlar Konseyinin toplantısının 19-22 oktyabr 2010 tarixində Kayseri Qəzetçilər Cəmiyyətinin ev sahibliyi ilə Kayseri şəhərində keçirilməsi qərara alınıb. Bu barədə Modern.az saytına məlumatı TGF-nin baş katibi Merih Ak bildirib.

O qeyd edib ki, tədbirə Türkiyə prezidenti Abdulla Gül, Almaniya prezidenti Kristian Vulf və Kıprıs Türk Cümhuriyyətinin döblət başçısı Dərviş Əroğlunun da qatılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda jurnalist təşkilatlarından Parlament Jurnalistləri Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, “Yeni nəsil” Jurnalistlər Birliyi və Jurnalistlərin Həmkarlar İttifaqı da bu federasiyanın üzvüdür.

Modern.az saytının məlumatına görə bu toplantıda Azərbaycan böyük bir nümayəndə heyəti ilə təmsil olunacaq.

TGF və Parlament Jurnalistləri Birliyi arasında əldə olunan razılaşmaya əsasən toplantıda “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar fotolarda” sərgisi də nümayiş etdiriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?