Modern.az

Ukraynada neft emalı zavodu partladı

Ukraynada neft emalı zavodu partladı

15 İyun 2015, 15:41


Ukraynanın Poltova vilayətindəki Kremençuk şəhərindəki ən iri neft emalı zavodunda partlayış baş verib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, hadisə zamanı müəssisənin əməkdaşlarından biri həlak olub. İnsident yerinə xilasedicilər gediblər.

Partlayışa 500 kubmetrlik metanol çəlləyi səbəb olub. Partlayış qaynaq işləri aparılan zaman baş verib. Məlumatda qeyd edilir ki, yerli sakinlərin həyatı üçün təhlükə yaranıb.

İyunun 8-də Kiyev vilayətinin Vasilkovski rayonu, Qlevaxa qəsəbəsindəki neft bazasında da partlayış olub. Bir neçə sutka neft məhsulları olan 17 çən yanıb. İnsident zamanı 5 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Modern.az



 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir