Modern.az

Qabil Hüseynli: “...Kirvəmin mənə verdiyi imzanı da saxta çıxardıblar”

Qabil Hüseynli: “...Kirvəmin mənə verdiyi imzanı da saxta çıxardıblar”

Ölkə

4 Oktyabr 2010, 14:12

95 saylı Tərtər seçki dairəsindən ”AXCP-Müsavat” seçki blokunun vahid namizədi olan Qabil Hüseynli yerli icra hakimiyyətinin sifarişi ilə qeydə alınmadığını bildirib. Modern.az-a açıqlamasında Müsavat başqanın müavini deyib ki, onun namizədliyinin əngəllənməsi ilə birbaşa Tərtər icra hakimiyyətinin başçısı Vidadi İsayevin göstərişi olub.

“İmzaların saxta olmasını yalnız bu işdə peşəkar olan mütəxəssis müəyyən edə bilər. Mənim sənədlərimdə guya saxta olan imazaları  DSK-nın adi əməkdaşı “müəyyən edib”-deyən Q. Hüseynli DSK-da vətəndaşdan imzasının şəxsiyyət  vəsiqəsindəki imzayla eyni olmasını tələb etməsini absurd hesab edir. Onun sözlərinə görə, vətəndaşın şəxsiyyət vəsiqəsindəki imzası texniki proses nətisəcində bir qədər yayılmış formada əks olunur. Onun fikrincə, bu yayğın imzanı olduğu kimi heç kim çəkə bilməz.

Müxalifətçi namizəd imza ilə bağlı kuryoz hadisə ilə də üzləşib. Rayonda Qabil müəllimin səlahiyyətli nümayəndəsinin qızının, kirvəsinin, oğlunun namizədin xeyrinə verdiyi imzalar da saxta elan edilib.
“Bu lap komik filmin parodiyasına oxşayır”-deyən Hüseynli bununla bağlı MSK-ya müraciət etdiklərini bildirib.

Burada siyasi təzyiq elementlərinin olmasını hələ tez hesab edən Q.Hüseynli deyib ki, buna inanmaq istəmir.
“MSK  müraciətmə baxdıqdan sonra bu barədə danışmaq olar”. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır