Modern.az

Jirinovski prezidentliyə namizəd olacaq

Jirinovski prezidentliyə namizəd olacaq

Dünya

16 İyun 2015, 14:28

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, qalmaqallı siyasətçi bu barədə “Exo Moskvı” radiostansiyasının efirində bəyan edib.

Beləliklə, bu, Jirinovskinin dövlət başçısı postuna 6-cı dəfə iddialı olmasıdır.

Jirinovski seçkilərdə ikinci tura keçə biləcəyini güman edir. O, hətta indiki prezident Vladimir Putinin seçkiqabağı kampaniyasında iştirak edə biləcəyini istisna etmir.

Bundan əvvəl “Yabloko” partiyası öz lideri Qriqori Yavlinskinin növbəti prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir