Modern.az

Rusiya millisinin baş məşqçisi istefaya göndərildi

Rusiya millisinin baş məşqçisi istefaya göndərildi

16 İyun 2015, 17:35



Rusiya milli komandasının 68 yaşlı italiyalı baş məşqçisi Fabio Kapello istefaya göndərilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiya Futbol Federasiyasının prezidenti səlahiyyətlərini icra edən Nikita Simonyan bunu elan edəcək. İtaliyalı baş məşqçi bu postda 2 il 11 ay işləyib.

Məlumatda qeyd edilir ki, indi əsas məsələ Fabio Kapellonun müqaviləsinin pozulması ilə bağlıdır. 2014-cü ilin yanvar ayında əldə olunan razılaşmaya görə, istefaya göndəriləcəyi təqdirdə təxminən 20 milyon avro kompensasiya ödənməlidir. Kapello 2014-cü il yanvarın 24-dən iyulun 25-dək 4,5 milyon avrodan çox məvacib alıb. Ötən il iyulun sonundan 2015-ci ilin iyun ayınadək olan əmək haqqı isə 6,4 milyon avro edir. Kapello Rusiya millisinə 2012-ci il iyulun 26-dan rəhbərlik edir. Onun baş məşqçi olduğu müddətdə Rusiya 12 illik fasilədən sonra Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanıb. Braziliyada keçirilən Dünya Çempionatında Rusiya uğursuz çıxış edib. Rusiya millisi Belçika və Əlcəzairin də olduğu qrupdan növbəti mərhələyə çıxa bilməyib. 2016-cı ildə keçiriləcək Avropa çempionatının qrup mərhələsinin oyunlarında da Rusiya millisi uğurlu çıxış etmir. Altı oyundan sonra 3-cü yeri tutur. Hazırda Rusiya millisi qrupun lideri Avstriyadan 8, ikinci yerdəki İsveçdən 4 xal geri qalır.  

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır