Modern.az

Müxalifət MDB ölkələrindən müşahidəçi dəvət etməyib

Müxalifət MDB ölkələrindən müşahidəçi dəvət etməyib

Ölkə

4 Oktyabr 2010, 17:06

“AXCP-Müsavat” seçki blokunun təsisçilərindən olan Müsavat Partiyası parlament seçkilərini müşahidə etmək üçün özünün MDB ölkələrində olan müttəfiqlərinə müraciət etməyib. Bu barədə Modern.az-a Müsavat başqanının müavini Mehman Cavadoğlu bildirib. Onun sözlərinə görə, ola bilsin ki, ölkəmizə gələcək beynəlxalq müşahidəçilərin tərkibində müttəfiq partiyaların nümayəndləri olsun.  Amma partiya bununla bağlı heç bir partiyaya rəsmi dəvət göndərməyib.

Xatırladaq ki, Müsavat Partiyasının keçmiş prezident Viktor Yuşşenkonun başçılıq etdiyi  “Naşa Ukrayna” partiyası və Milinkevuçin rəhbərlik etdiyi Belorus Xalq Cəbhəsi ilə müttəfiqlik sazişi var. Müsavat başqanı İsa Qəmbər 2004-cü ildə “narıncı inqilab”ın pik nöqtəsində Maydanda mitinqələrə qatılıb və orada çıxış edib. Bundan başqa, İsa Qəmbər Belorusda seçki saxtakarlığına qarşı mitinqlərə Milinkeviçlə birgə iştirak edib. Orada Müsavat başqanı hətta Belorus polisnin təzyiqinə də məruz qalmışdı..

Azərbaycanda siyasi partiyaların müstəqil şəkildə seçkiləri müşahidə etmək üçün müşahidəçilər qrupunu dəvət etməsi ilə bağlı faktlar nadirdir. 
1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi o zaman parlamentə keçirilən seçkiləri müşahidə etmək üçün MDB-nin demokratik hərəkat nümayəndələrindən  ibarət  müşahidə missiyasını Bakıya dəvət edib. Azərbaycanda bu missiyanın kuratoru o zaman AXC İdarə Heytəinin üzvü Tofiq Qasımov olub. Prezident Ayaz Mütəllibovun bütün səylərinə baxmayaraq bu missiyanı əngəlləmək mümkün olmayıb.     

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir