Modern.az

Əhəd Abıyevlə bağlı anlaşılmaz situasiya: deputat niyə hiddətlənib?

Əhəd Abıyevlə bağlı anlaşılmaz situasiya: deputat niyə hiddətlənib?

4 Oktyabr 2010, 17:51

Millət vəkili Əhəd Abıyevlə bağlı müəmmalı vəziyyət yaranıb. Deputat namizədliyini 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürdüyünü və imza vərəqələri götürdüyünü bəyan etsə də, onun adı bu günə qədər MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinin internet saytında qeydiyyatdan keçməyib. Modern.az bununla bağlı Əhəd Abıyevə müraciət etdikdə ortaya maraqlı situsiya çıxıb. Deputat saytımıza bildirib ki, DSK-dan imza vərəqələrini sentyabrın 27-də götürüb.

“Ötən ayın 27-də imza vərəqlərini götürmüşəm. Bu gün səhər isə topladığım 750 imzanı DSK-ya təqdim etmişəm”-deyə Ə.Abıyev bildirib.

Məsələni qəlizləşdirən bu amildir. İmza vərəqələrini götürən namizədin adı dərhal müvafiq seçki dairəsi üzrə qeydə alınır və “Seçkilər” İnformasiya Mərkəzinin rəsmi saytına yerləşdirilir. Amma Əhəd Abıyev imza vərəqlərini sentyabrın 27-dən götürdüyünü bildirir və əgər bu belədirsə, o zaman saytda hökmən Əhəd Abıyevin adı imza vərəqlərini götürən şəxslərin sırasında qeyd olunmalı idi. Lakin bu günə qədər “Seçkilər” İnformasiya Mərkəzinin rəsmi saytında deputat Əhəd Abıyevin adı namizədlər siyahısında verilməyib. 

Bizimlə söhbətdə bunu təəcüblə qarşılayan Ə. Abıyev ona qarşı hansısa qüvvələrin çirkin oyun apardığını bildirib.
“Necə yəni mənim adım qeyd olunmayıb? MSK-da məgər mənim imza vərəqələrimi görmürlər? Yoxsa özlərini korluğa vururlar. Mən məsələni araşdıracağam”-deyə deputat bildirib.

Modern.az.   

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı