Modern.az

66 yaşlı Alla Puqaçova striptiz göstərdi - VİDEO

66 yaşlı Alla Puqaçova striptiz göstərdi - VİDEO

Dünya

17 İyun 2015, 14:02


Rusiya estradasının primadonnası Alla Puqaçova İsraildə  striptiz göstərib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 66 yaşlı müğənni İsrailə dostu Semyon Moqilevskinin ad gününə gedib. Puqaçovadan başqa mərasimə gürcü artist Tamara Qverdtsiteli də gedib. Tamara Allanın əri Maksim Qalkinlə “Arqo” mahnısını oxuyub, Puqaçova isə rəfiqəsi Alina Redel ilə səhnədə oynamağa başlayıb. Ancaq şənlənmək bununla da bitməyib.

“Bizim növbəti mahnımız qəmlidir, lirikdir. İndi siz nə edəcəksiniz? Bəlkə yüngül striptiz”, - Qalkin həyat yoldaşına deyib.

Redel bu sözlərdən sonra səhnədən enib, primadonna isə qalıb. O, stulu alaraq Qalkinin ifasında fransız dilində səslənən musiqi sədaları altında qonaqlar qarşısında rəqs edib.

 



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?