Modern.az

11 yaşında ana olan qız evdən qaçdı - VİDEO

11 yaşında ana olan qız evdən qaçdı - VİDEO

Dünya

17 İyun 2015, 15:35

Rusiyanın ən gənc anası – hələ 11 yaşında 18 yaşlı dostu Xabib Pataxonovdan uşaq dünyaya gətirmiş Valya İsaeva evdən qaçıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, buna səbəb 10 ildir evli olduğu əri tərəfindən davamlı olaraq döyülməsi olub. İsaevanın yoxa çıxması barədə polisə Pataxonov özü məlumat verib.

Ərinin sözlərinə görə, 21 yaşlı Valya Moskvanın qərbində satıcı işlədiyi mağazaya gedib və evə qayıtmayıb.

Valya deyib ki, xoşbəxt evlilik pozulmağa başlayıb və 28 yaşlı Pataxonov onu uşaqlarının yanında daim döyməyə başlayıb. 11 yaşında ana olan xanım indi rəfiqəsinin yanında olduğunu və evə qayıtmaq istəmədiyini bildirib. Polisə şikayətində Valya deyib ki, döyülməsinə baxmayaraq, boşanmaq niyyətində də deyil.

Valya İsaeva 10 yaşında – 1995-ci ildə hamilə qalıb. O zaman 17 yaşlı Pataxonov barəsində cinayət işi qaldırılsa da, ictimaiyyət onların evlənməsinə israr edib. Beləliklə, Valya 11 yaşında uşaq doğmaqla Rusiyanın ən gənc anası olub. Sonradan onun ikinci uşağı da dünyaya gəlib.

 



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı