Modern.az

Avropa Oyunlarının qaliblərindən maraqlı fikirlər: “Qələbəmizi dünyanın hər yerindəki belaruslara həsr edirik”

Avropa Oyunlarının qaliblərindən maraqlı fikirlər: “Qələbəmizi dünyanın hər yerindəki belaruslara həsr edirik”

17 İyun 2015, 15:56


I Avropa Oyunlarında qızıl medal qazandıqdan sonra idmançılar qələbələri ilə bağlı maraqlı fikirlər söyləyiblər.

Modern.az saytı bir necə idmançının qələbə ilə bağlı sitatlarını təqdim edir:

Mingəçevir şəhərində Kür İdman və Avarçəkmə Mərkəzində Avropa Oyunları çərçivəsində 1000 m məsafəyə kanoe-cütlər yarışında qızıl medal qazanan Andrey və Aleksandr Bahdanoviçin fikirləri:

“1000 metr məsafəyə yarış çox çətindir. Biz çox yaxşı hazırlaşmışdıq və çox məşq edirdik. İndi sevincdən gözlərimiz dolur, bu sadəcə əladır. Bu əvvəllər qazandığımız qələbələrin hər birindən 10000 dəfə üstündür. Çünki bir ara səhhətimizlə bağlı problemlər olduğundan qələbələrimizdə fasilə - boşluq olub. İndi hər şey qaydasındadır, finala doğru gedirdik və qazandıq.

Qalib gəlməyimiz məşq etməyin, məşq etməyin və yenə də məşq etməyin nəticəsidir. Yarış taktiki mübarizə idi, lakin bu elə belə də olmalıdır.

Qələbəni ailəmizə, dostlarımıza və dünyanın hər yerindəki belaruslara həsr edirik”.

***

Mingəçevirdə yerləşən Kür İdman və Avarçəkmə Mərkəzində oyunların avarçəkmə yarışlarında kişilərin 200 metr məsafəyə kayak-cütlük yarışında finala çatmaq üçün yarımfinallarda öz komanda yoldaşı Karlos Arevalonun mübarizədə ikinci yeri tutduqdan sonra söylədikləri:

“Finala çatmaq bizim üçün çox vacib idi, çünki İspaniyanın başqa bir K2 kayak yarışı var. Əgər finala çata bilməsək, dünya çempionatlarına vəsiqə almaq məqsədilə onlarla yarışmaq məcburiyyətindəyik və bu yerlə finalda vəsiqə alacağımıza tam əminik”.

***

İdman gimnastları Selin Van Gerner, Lieke Vevers və Liza Top Milli Gimnastika Arenasında qadınların komanda yarışlarının finalında bürünc medal əldə etdikdən sonra səsləndirdikləri fikirlər:

“Səmimi desəm, iştirakçıların siyahısını görəndə, düşündüm ki, bir az şansımız var. Bilirdim ki, biz ilk beşliyə daxil ola biləcəyik. Amma üçüncü yeri tutmaq daha yaxşı oldu”.

***

Yana Nariyejna (UKR) və Yelizaveta Yaxnonun (UKR) Bakı Su İdmanı Mərkəzində, sinxron üzgüçülük üzrə duet sərbəst rejim yarışlarında bürünc medal qazandıqdan sonra qeyd etdikləri fikirlər:

“Bu, hər şey deməkdir. Hovuza daxil olanda başa düşdük ki, şansımız çoxdur. İndi hansı hissləri keçirdiyimi izah edə bilmərəm - adrenalin yüksəkdir”.

***

Bakı Kristal Zalında, kişilər arasında 84 kq çəkidə kumite yarışlarında, finalda Ayxan Məmmədova (AZE) uduzaraq, gümüş medal qazanan Mixail Corcios Tzanos (Yunanıstan) öz fikirləri:

“Mənim hisslərim bir qədər qarışıqdır. Elə bil ki, quyuya baş vurdum, amma su içə bilmədim”.

Sevinc YASİNQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!