Modern.az

Saakaşvili gürcü “qanuni oğrular”a “müharibə” elan etdi

Saakaşvili gürcü “qanuni oğrular”a “müharibə” elan etdi

17 İyun 2015, 19:00



Odessanın yeni qubernatoru Mixail Saakaşvili vilayət Daxili İşlər Nazirliyinin yeni rəhbərini kollektivə təqdim edərkən güc strukturlarının fəaliyyətinin prioritetlərini açıqlayıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, Saakaşvilinin fikrincə, Qeorqi Lortkipanidze tabeçiliyindəki şəxslərlə Odessada meydan sulayan “oğru” hərəkatına qarşı qlobal təmizləmə aparmalıdır: “Siz bilirsiniz, çox sayda gürcü “qanuni oğru” Odessada meydan sulayır. Onlar, mən bildiyim qədər, şəhəri tərk ediblər, ancaq bu yalnız başlanğıcdır”.

Xatırladaq ki, Saakaşvili Odessa vilayətinə rəhbər təyin olunandan sonra açıq şəkildə mütəşəkkil cinayətkarlıqla məşğul olanlar üçün darıxdığını bəyan edib. Yerli mənbələrin məlumatına görə, Saakaşvilinin Odessaya gəlişindən sonra cinayətkarlar həqiqətən vilayəti tərk ediblər. Hətta bu məqsədlə təcili toplantı keçirildiyi də bildirilir. Onların bu addımı atmasına isə əsas var. Çünki Saakaşvili Gürcüstanda prezident olduğu müddətdə “qanuni oğrular”ı 5 ildən 10 ilədək həbs etdirib. O, bu addımı Odessa da davam etdirmək niyyətindədir.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!