Modern.az

Deputatlığa namizəd məzuniyyətə çıxdı

Deputatlığa namizəd məzuniyyətə çıxdı

4 Oktyabr 2010, 19:20

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizəd Aqil Aslan bu gündən etibarən işlədiyi "Ekspress" qəzetindən məzuniyyətə çıxıb.
Xatırladaq ki, Seçki Məcəlləsinin tələblərinə əsasən deputatlığa qeydə alınmış namizədə qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək məzuniyyət verilməlidir.

Modern.az-a açıqlamasında Aqil Aslan bildirib ki, o, hazırda seçkilərin təşviqat-təbliğat mərhələssinə hazırlaşır.
"İndi seçki platformamın, şəkillərin, bukletlərin hazırlanması istiqamətində iş gedir. Həmçinin vəkillərimin və müşahidəçilərimin müəyyənləşdirilməsi prosesinə başlamışam. Namizəd olduğum dairə 55 seçki məntəqəsini əhatə edir. Onlardan 27-si Goranboyda, 3-ü Tərtərdə, 25-i isə Ağdam köçkünlərinin məskunlaşdığı 17 şəhər, rayonda yerləşir. Ağdamlı seçicilərin məskunlaşdığı məntəqələrə müşahidəçiləri tam olaraq mənim namizədliyimi dəstəkləyn Azərbaycan Milli İstiqlal Partiyasının həmin rayon-şəhər təşkilatları verəcək. Partiyanın Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov artıq bu istiqamətdə işlərə başlayıb. İnanıram ki, imza toplama mərhələsini uğurla başa vurduğum kimi, qarşıdakı mərhələni də uğurla başa vuracam", - deyə Aqil Aslan bildirib.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?