Modern.az

Davudoğlu koalisiya hökuməti qurmaq üçün komissiya YARADIR

Davudoğlu koalisiya hökuməti qurmaq üçün komissiya YARADIR

18 İyun 2015, 18:05

Türkiyə Yüksək Seçim Kurulunun iyunun 7-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrini açıqlamasına bir neçə gün qalmış siyasi partiyalar kolaisiya hökumətinin qurulması  istiqamətində müzakirələr isürətləndiriblər. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu müddətdə “yol xəritəsi”ni təyin edib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, baş nazir Əhməd Davudoğlu hökuməti qurma vəzifəsini boynuna götürdükdən sonra koalisiya görüşlərini icra etmək, Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə təmaslarda olmaq üçün bir komissiya yaradacaq. Bu məqsədlə CHP və MHP ilə görüşmək üçün ayrı iki heyət müəyyənləşdiriləcək.

Partiyalarda koalisiya qurulmasını müzakirə edəcək şəxslər də yavaş-yavaş müəyyənləşməyə başlayıb. Bunlar AKP sədrinin köməkçiləri Mehmet Ali Şahin, Mustafa Şentop, əmək və sosial müdafiə naziri Faruk Çelik, AKP-nin digər üzvü Salih Kapusuz və ümumi katib Haluk İpəkdir.

Bu şəxslər iki partiya ilə bir araya gələcək. AKP-nin təklifləri heyətlərin vasitəçiliyi ilə iki partiyaya çatdırılacaq. Eyni zamanda, partiyaların təklifləri də dinləniləcək, qeyd ediləcək. Təmasların ardından heyətlərin əldə etdikləri məlumatlar baş nazir Davudoğluna təqdim ediləcək. Komissiyalar qurulması mümkün ola biləcək bir koalisiya protokolu hazırlayacaq.

Heyətlərarası təmasın ardından Davudoğlu da siyasi partiya liderləri ilə görüşəcək. Ardından Davudoğlunun başçılığında bir qiymətləndirmə yığıncağı reallaşdırılacaq. Bu yığıncaqda, hansı partiya ilə koalisiya qurulması barədə qəti qərar veriləcək. Əgər bütün variantların müzakirəsi nəticəsində koalisiya hökuməti qurulması mümkün olmazsa, təkrar seçkilərin keçirilməsi qaçılmaz olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi