Modern.az

Əhəd Abıyevin müdaxiləsindən sonra onun adı rəsmi siyahıya salınıb

Əhəd Abıyevin müdaxiləsindən sonra onun adı rəsmi siyahıya salınıb

Parlament

5 Oktyabr 2010, 11:35

Millət  vəkili Əhəd Abıyevin adı nəhayət MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinin internet saytındakı siyahıya salınıb. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətindən məlumat veriblər. Ə.Abıyev 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyini irəli sürüb.

Qeyd edək ki, deputat namizədliyini 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürdüyünü bəyan etsə də, onun adı bu gün səhərədək “Seçkilər” İnformasiya Mərkəzinin saytında qeydiyyatdan keçməmişdi. Məsələ ilə bağlı saytımıza açıqlamasında Ə.Abıyev bildirimişdi ki, DSK-dan imza vərəqələrini sentyabrın 27-də götürüb və dünən səhər isə topladığı 750 imzanı DSK-ya təqdim edib.

İmza vərəqələrini götürən namizədin adı dərhal müvafiq seçki dairəsi üzrə qeydə alınır və “Seçkilər” İnformasiya Mərkəzinin rəsmi saytına yerləşdirilir. Amma Əhəd Abıyev imza vərəqlərini sentyabrın 27-də götürdüyünü bildirib və o zaman saytda hökmən Əhəd Abıyevin adı imza vərəqlərini götürən şəxs kimi qeyd olunmalı idi. Lakin bu gün səhərədək “Seçkilər” İnformasiya Mərkəzinin rəsmi saytında deputat Əhəd Abıyevin adı yox idi. 

Bizimlə söhbətdə bunu təəcüblə qarşılayan Ə.Abıyev ona qarşı hansısa qüvvələrin çirkin oyun apardığını bildirərək məsələni araşdıracağını demişdi.

Bu gün səhərdən deputatın adı “Seçkilər” İnformasiya Mərkəzinin saytında yerləşdirilib. Burada göstərilir ki, namizəd  29 sentyabrda imza vərəqələrini götürüb və oktyabrın 4-də DSK-ya qaytarıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü