Modern.az

Fərdi hesaba malik sığorta olunan kişilər qadınlardan çoxdur

Fərdi hesaba malik sığorta olunan kişilər qadınlardan çoxdur

5 Oktyabr 2010, 11:44

1 oktyabr 2010-cu il tarixə olan statistikaya əsasən,  bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 7,4 faiz artıb. Belə ki, bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 122 082 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 762 011 nəfərə yüksəlib.
Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.  
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir- 974 922 nəfər. Fərdi şəxsi hesabı olan sığortaolunanların 787 089 nəfəri isə qadındır.  Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi  sığortaolunanların 466 824 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 416 127  nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 392 574 nəfər,  50-60 yaşa kimi sığortaolunanlar 343 110  nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 143 376 nəfərdir.

Modern.az    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü