Modern.az

Ərdoğan Abdulla Güllə görüşdü

Ərdoğan Abdulla Güllə görüşdü

19 İyun 2015, 12:58



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11-ci dövlət başçısı Abdulla Güllə görüşüb.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, görüş təxminən 45 dəqiqə davam edib. Prezident Ərdoğan görüşdən sonra hər hansı bir açıqlama verməyib. Keçmiş və indiki dövlət başçılarının görüşü 9-cu prezident Süleyman Dəmirəllə bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil olunan vida mərasimindən sonra baş tutub.

 Görüşün TBMM-nin sədri Cəmil Çiçəyin vasitəçiliyi ilə baş tutduğu bildirilir. Baş nazir Əhməd Davudoğlunun da həmin vaxt parlamentdə olmasına baxmayaraq, görüşə dəvət edilmədiyi məlum olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir