Modern.az

Sərdar Cəlaloğlu: “...Namizədlərimizi geri çağıracağımızı istisna etmirik”

Sərdar Cəlaloğlu: “...Namizədlərimizi geri çağıracağımızı istisna etmirik”

Ölkə

5 Oktyabr 2010, 13:15

“Qarabağ” bloku seçkiləri boykot edəcəyi ilə hədələyir

“Qarabağ” blokuna daxil olan siyasi partiyalar seçki prosesinə hakimiyyətin müdaxiləsinin davam edəcəyi təqdirdə kampaniyada iştirak məsələsinə yendən baxa bilər. Bu barədə Modern.az-a blokun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
Onun sözlərinə görə, “Qarabağ” bloku tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin yığdıqları imzalar kütləvi şəkildə saxta elan edilir. Bu isə blokda ciddi müzakirə mövzuya çevrilib. Blokun dünən keçirilən iclasında bu vəziyyətdə seçki kampaniyasının davam etdirilib-etdirilməməsi müzakirə edilib. S. Cəlaloğlunun sözlərinə görə, bu günə qədər ADP-nin cəmi 6 nəfər, Umid partiyasından isə 4 nəfər qeydə alınıb.
Hakimiyyəti blokların seçkidə iştirakını məhdudlaşdırmaq cəhdində ittiham edən ADP sədri bildirib ki, belə davam edəcəyi təqdirdə blokun teleefir əldə etmək üçün cəhdləri alınmayacaq.

“Blokun iclasında bununla bağlı ciddi müzakirələr oldu. Hələki seçki prosesində iştirakı davam etdirmək qərara alınıb. Amma namizədlərimizin kütləvi şəkildə qeydə almaqdan imtina etmələri davam edərsə, biz namizədlərimzi geri çağıracağımızı istisna etmirik”-deyə S. Cəlaloğlu deyib.

Müxalifət düşərgəsindəki pərakəndəliyi tənqid edən ADP sədri vurğulayıb ki, müxalifət partiyalarının böyük bir seçki qurumu yaradısa idi daha saxtakarlıqlara qarşı daha ciddi müqavmət göstərmək mümkün idi.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı