Modern.az

Dünyada terrorların sayı artıb

Dünyada terrorların sayı artıb

19 İyun 2015, 22:09



2014-cü ildə dünyada baş verən terror aktlarının sayı 35 faiz artıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, terror törədilməsi zamanı ölənlər isə ötən il 81 faiz çoxalıb.

ABŞ Dövlət Departamentinin hesabatına görə, keçən il baş verən terror aktları nəticəsində 33 minə yaxın adam həlak olub. Bir il ərzində 95 ölkədə 13,5 min terror faktı qeydə alınıb. Terror aktların böyük hissəsi Yaxın Şərq, Cənubi Asiya və Qərbi Afrika ölkələrində törədilir. 2013-cü ildə isə qeydə alınan 10 min terror aktı zamanı həlak olanların sayı 18 min olub.  

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı