Modern.az

Erməni kəşfiyyatçısı Azərbaycanda intihar edib

Erməni kəşfiyyatçısı Azərbaycanda intihar edib

5 Oktyabr 2010, 15:43

Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun yaydığı birgə məlumata görə, sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən, kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanan Manvel Mamikonoviç Sarıbekyan oktyabrın 5-də gecə saat 3-də intihar edib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları, məhkəmə tibb ekspertləri və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış və meyidin xarici müayinəsi keçirilib. Bu zaman müəyyən olunub ki, Sarıbekyan müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.

Prokuror kriminalistinin, məhkəmə tibb ekspertinin və hal şahidlərinin iştirakı ilə meyidin xarici müayinəsi zamanı Sarıbekyanın boyun nahiyəsində özünü asmağa tam xarakterik olan stranqulyasiya şırımı aşkar edilib.
Məhkəmə tibb ekspertinin ilkin rəyinə əsasən, onun bədən səthində başqa heç bir xəsarət izi və ya zorakılıq əlamətləri aşkar olunmayıb. Araşdırma üzrə məhkəmə tibbi, məhkəmə trassoloji, məhkəmə kriminalisti və fiziki-kimyəvi ekspertizası təyin olunub.

Hazırda fakt üzrə araşdırma aparılır və nəticəyə uyğun da qərar qəbul ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?