Modern.az

Erməni tərəfi Mübariz İbrahimovun məsələsinə yenidən qayıtdı

Erməni tərəfi Mübariz İbrahimovun məsələsinə yenidən qayıtdı

Ölkə

5 Oktyabr 2010, 18:11

Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun və digər şəhid zabitimizin cəsədinin, eləsə də 2 əsir hərbçimizin qaytarılması məsələsi gündəmdədir. Modern.az xəbər verir ki, bu barədə erməni Eçməidzin kilsəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi yepiskop Arşaq Xaçatryan bildirib.
Erməni agentliklərinin məlumatına görə, Arşaq Xaçatryan bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, erməni tərəfi rus Patriarxı Kirilə bu məsələdə əməkdaşlığa hazır olmaları barədə məlumat verib.

Eçmiədzindən patriarxa müraciətlərində qeyd ediblər ki, onlar da Azərbaycanda saxlanılan 6 erməni hərbiçinin qaytarılacağına ümid edirlər.
A.Xaçatryan deyib ki, ermənilər həmişə Qırmızı Xaç Komətəsinin vasitəçiliyi ilə azərbyacanlı hərbçilərin meyitini və əsirləri qaytarmağa hazır olub.

Məlum olduğu kimi erməni katalikosu II Qaragin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədinin qaytaılması ilə bağlı erməni prezident Serj Sərkisyana müraciət edib. O, bu addımı rus patriarxı Kirilin müraciətindən sonra atıb.
Qeyd edək ki, dini liderlərin Moskvada keçirilən sonuncu toplantısında Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə belə bir xahişlə rus patriarxına müraciət etmişdi.

Xatırladaq ki, Ermənistan tərəfində 2 əsir, 1 girov və 2 meyitimiz var. Azərbaycan tərəfində isə 6 erməni əsgəri və 5 mülki şəxs var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir