Modern.az

Sərdar Cəlaloğlu: “Müsavat qəribə mövqe tutub...”

Sərdar Cəlaloğlu: “Müsavat qəribə mövqe tutub...”

6 Oktyabr 2010, 11:22

Parlament seçkilərində iştirak etmək üçün yaradılmış siyasi partiyaların seçki blokları bir-biriləri ilə heç bir əlaqə saxlamırlar.  Bu barədə Modern.az -a “Qarabağ” blokunun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə,  AXCP-Müsavat seçki blokunu çıxmaqla digərlərinin mövqeyi müxalifət düşərgəsinin prinsiplərindən fərqləndiyi üçün müzakirə ediləsi bir məqamlar da yoxdur.  

“AXCP-Müsavat seçki bloku ilə prinsiplərimiz üst-üstə düşür. Amma bu blokla əməkdaşlıq imkanları hələlik görünmür. Müsavat Partiyasının tutduğu qəribə mövqe bizə bloklar arasında əməkdaşlıqla bağlı imkan vermir”-deyə S. Cəlaloğlu vurğulayıb. 
İndiki halda belə müzakirələri vacib hesab edən ADP sədri deyib ki, müxalifət partiyaları seçki prosesinə daha böyük koalisiya ilə getsəydilər, o zaman uğur qazanmaq ehtimalı daha böyük olardı.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?