Modern.az

Oktyabrın 8-i namizəd olmaq istəyənlər üçün sonuncu gündür

Oktyabrın 8-i namizəd olmaq istəyənlər üçün sonuncu gündür

Ölkə

6 Oktyabr 2010, 13:27

Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini irəli sürmüş şəxslər oktyabrın 8-də saat 18.00-a qədər imza vərəqələrini və digər zəruri sənədlərini Dairə Seçki Dairəsinə təhvil verməlidirlər.
Qanuna uyğun olaraq oktyabrın 8-də  imzatoplanma kamapaniyası rəsmən başa çatır. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

A.Sarıyevin sözlərinə görə, oktyabrın 8-i namizədlərin imza vərəqələrini təhvil vermələrinin sonuncu günüdür.   “Deputatlığa namizədlər imza vərəqələrini həmin gün artıq vəhvil veriməlidirlər. İmza vərəqlərini təhvil verməyən namizədlərin sənədləri sonrakı günlərdə qəbul edilməyəcək və onlar seçki prosesindən kənarda qalacaqlar”. 

Bu günə qədər isə DSK-larda 1399 nəfərin namizədliyi təsdiqlənib. Onlardan 1355 nəfəri imza vərəqələrini götürüb. 634 nəfər imza vərəqlərini və digər zəruri sənədləri DSK-lara təhvil verib. DSK-larda 359 nəfərin namizədliyini qeydə alıb. Qeydə alınanlar arasında 21 siyasi partiyanın təmsilçiləri var.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!