Modern.az

MSK tam tərkibdə formalaşdı - Müsavata 1 yer ayrıldı....

MSK tam tərkibdə formalaşdı - Müsavata 1 yer ayrıldı....

6 Oktyabr 2010, 14:16

Parlamentdə azlıqda olan partiyaların nümayəndələrinin bu gün keçirilən toplantısında Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən təşkil olunması ilə bağlı müzakirələr aparılıb. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Modern.az  saytına bildirib ki,  iclasda aparılan müzakirələr nətisəcində MSK-nın boş qalmış yerlərinə namizədlər müəyyənləşib.

Bu yerlərə BAXCP Ali Məslisinin sədri Mikayıl Rəhimov və bitərəf Arifə Muxtarova namizəd irəli sürülüb. Müsavat üçüncə MSK-da 1 yer müəyyən edilib. Bura Gülağa Aslanlı namizəd kimi təklif edilib.  

Müsavat deputat qrupunun nümayəndəsi Arzu Səmədbəyli saytımıza bildirib ki, Müsavat MSK-daki 2 yerə namizəd irəli sürsə də, hakimiyyət yalnız 1 yeri Müsavata ayırmaq qərarına gəlib.

Seçki Məcəlləsinin 24-cü maddəsinə görə, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. MSK üzvlərini Milli Məclis seçir. Qurumun 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Hazırda MSK-da 3 yer boşdur. Müsavat Partiyası nümayəndə göndərməkdən imtina etdiyi üçün hazırkı tərkibdə 2 yer əvvəldən boş qalıb. Ana Vətən Partiyasını MSK-dakı nümayəndəsi Rövşən İsmayılov isə Konstitusiya Məhkəməsinin hakim təyin olunub.

Müsavat Partiyası bir necə gün öncə MSK-ya üzv təyin olunması üçün Gülağa Aslanlının və Ənvər Əliyev namizədliyini parlamentə təqdim etmişdi.

Oktyabrın 8-də Milli Məclisin oktyabrın 8-də keçiriləcək iclasında MSK-nın yeni üzvləri ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi