Modern.az

95 saylı Tərtər DSK-nın sədri “...Biz də qərarı nəyə isə əsaslanıb vermişik”

95 saylı Tərtər DSK-nın sədri “...Biz də  qərarı nəyə isə əsaslanıb vermişik”

6 Oktyabr 2010, 14:35

95 saylı Tərtər seçki dairəsindən AXCP-Müsavat seçki blokunun vahid namizədi olan Qabil Hüseynli yerli DSK-nın fəaliyyətindən Mərkəzi Seşki Komissiyasına şikayət edib. Bu barədə Modern.az-a məlumat  verən Q. Hüseynli bildirib ki, şikayətinə ədalətli baxılacağına ümid edir. “Bu şikayətə olan münasibətdən asılı olaraq mənim digər addımlarm da olacaq”- deyə o bildirib.  

Q. Hüseynli Tərtər rayon Polis Şöbəsinin pasport-qeydiyyat idarəsinin rəisini də məhkəməyə verib. Onun sözlərinə görə, Dairə Seçki Komissiyasının bu şəxsi imzaların yoxlanmasına məsul kimi DSK-ya daxil etməsi qanun pozuntusudur. Çünki bu idarənin imzalarla bağlı ekspert rəyi verməyə ixtiyarı yoxdur. Qeyd edək ki, imzalar yoxlanılarkən ekspert yığılan imzalarının 176-nı saxta elan edib, 20 şəxsiyyət vəsiqəsinin isə vaxtının keçdiyini açıqlayıb.  

Modern.az 95 saylı Tərtər Seçki Dairəsi ilə də əlaqə saxlayıb. DSK-nın sədri Həmid Mehdiyev saytımıza bildirib ki, Q.Hüseynlinin eksperti məhkəməyə verməsi ilə bağlı məlumatları yoxdur. “Bu onun hüququdur. Amma biz də nəyəsə əsaslanıb bu qərarı vermişik”-deyə DSK sədri bildirib. 

95 saylı Tərtər seçki dairəsindən AXCP-Müsavat seçki blokunun vahid namizədi olan Qabil Hüseynli yerli icra hakimiyyətinin sifarişi ilə qeydə alınmadığını bildirir. Modern.az-a açıqlamasında Müsavat başqanın müavini deyib ki, onun namizədliyinin əngəllənməsi barədə birbaşa Tərtər rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsyevin göstərişi olub.

Modern.az      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır